AZ

Xiaomi-nin prezidenti tizerdə Redmi Note 8 smartfonunu göstərib

b9cbac5e82035bea53090972b15a305e.png
10.08.2019 12:00

Yeni smartfonun yaxın zamanlarda təqdim ediləcəyi gözlənilir, hələlik isə şirkət tizer kampaniyasına başlayıb

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxında «Xiaomi»nin prezidenti «Redmi Note 8» smartfonunu tizerdə göstərib.

 

Təsvirdə köpüyün üzərində şirkətin nişanı olan bir fincan Latte var, kənarda isə smartfon qismən görünür.

 

 

Cihazda mərkəzə yaxın yerdə yerləşən və ekrana daxil olan ön kameranı sezmək mümkündür. Daha əvvəl bildirildiyi kimi, smartfonun əsas kamerası 64 Mp modullu olacaq.

 

Yeni «Redmi Note 8» haqqında digər detallar hələ açıqlanmır, o cümlədən təqdimatın dəqiq tarixi də məlum deyil.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox