AZ

İsveçrə şirkəti AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlıdır

7ef7dd47034134f5c5ee51263f56f5bc.png
10.08.2019 14:19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında İsveçrənin SGS şirkətinin Azərbaycandakı nümayəndəliyi – “SGS-Azeri LTD” MMC ilə birgə əməkdaşlıqla bağlı görüş keçirilib.

 

Yüksək Texnologiyalar Parkından TED.az-a verilən məlumata görə, görüşdə AMEA Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov, direktor müavini Məmməd Bağırzadə, AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin müdiri Arzu Əlizadə, SGS Azeri LTD-nin icraçı direktoru Seymur Ağayev və digərləri iştirak ediblər.

 

 

Görüşün sonunda nümayəndə heyəti beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə həyata keçirən Akademiya Laboratoriyası ilə tanış olub.

 

Mərkəzi qərargahı İsveçrədə yerləşən  SGS dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən biridir. 97 min işçisi olan qlobal SGS şirkəti hazırda dünya üzrə çoxsaylı ofis və laboratoriyaya, eyni zamanda geniş müştəri bazasına sahibdir. Şirkət AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlıdır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox