AZ

Apple-ı sındıranlara mükafat – 200 min deyil, 1 milyon dollar qazana bilərsiniz

10.08.2019 14:24 127

“Apple” illərdir istehsal etdiyi bütün cihazlarda öz ekosistemi ilə işləyir. Güvənlik baxımından Android sistemtinə nisbətən daha yaxşı bir vəziyyətdə olan “iOS”, son illər təhlükəsizlik baxımından baş ağrıdıcı olub. Başda “iCloud” səhvləri olmaqla, “Apple” bütün təhlükəsizlik problemlərini həll etdiyini söyləyir.

 

TED.az məlumat verir ki, “Apple”, “iPhone”u “hack” edə bilən insanlar üçün xüsusi mükafat hazırlayıb.

 

“Apple” təhlükəsizlik qrupunun rəhbəri İvan Krstic açıqlamasında “Apple”ın hər hansı bir cihazını “sındıran” şəxlərə mükafat veriləcəyini söylədi. Hətta, bu mükafatın 1 milyon dollara qədər yüksələcəyini də qeyd etdi.

 

“İOS 13” çıxmadan öncə, mükafatın yarısının bu sistemi “hack” edə bilən insanlara veriləcəyini açıqlayan şirkət, hər hansı bir texnologiya şirkəti tərəfindən verilən ən böyük mükafat adı ilə “Apple” bu mükafatı əvvəlki 200 min dollar mükafatından 5 qat daha artıq səviyyəyə çıxardı.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox