AZ

BİO 2019-un qızıl medalçısı: Özümü yalnız proqramlaşdırma sahəsində görürəm

be36f4db379e6e95d08d1656f2199a9b.jpg
10.08.2019 19:24

“Kazanda Labaçov adına liseydə təhsil alıram. BİO 2019-u çox bəyəndim. Müsabiqə olduqca maraqlı və həyəcanlı keçdi. Müsabiqədə ikinci yeri qazandım. Təbii ki, ən güclü rəqibim ABŞ təmsilçisi idi. Ümumiyyətlə isə Rusiya komandasının ən güclü rəqibləri ABŞ və Çin yığmasıdır”, - bu sözləri TED.az-a müsahibəsində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (BİO) Rusiya Komandasının üzvü İldar Qaynulinin deyib.

 

 

 

İldar Qaynulinin qeyd edib ki, Rusiyada BİO hazırlıqları çox yüksək səviyyədə təşkil olunur: “Olimpiadada bir il də iştirak edə bilərəm. Ona görə də gələn ildə iştirak etməyi hədəfləmişəm. Rusiyada informatika müsabiqəsinə ciddi şəkildə hazırlıq aparılır. Bugünkü nailiyyətim üçün bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Eyni zamanda, müsabiqədə iştirak edən komanda və rəhbərlərə təşəkkürümü bildirirəm çünki qələbə üçün çox çalışdılar. Gələcək planlarım proqramlaşdırma ilə bağlıdır. Özümü yalnız proqramlaşdırma sahəsində görürəm”.

 

Zeynəb ƏKBƏR

 

Elm bölməsindən digər xəbərlər

Daha çox