AZ

Apple 6 ildən sonra Çində ilk sıradadır

 

36ba4cec70da1a83148a24af9859f083.jpg
28.01.2022 14:00

2021-ci ilin son rübündə Apple, 23% rekord bazar payı ilə dünyanın ən böyük smartfon bazarı olan Çində birinci yeri tutub.

 

TED.az xəbər verir ki, şirkət 2015-ci ildən bəri ilk dəfə bazarda liderlik edir.

 

Huawei-in reytinqdəki çöküşündən sonra Apple, yeni çıxardığı iPhone 13 modeli ilə Çinli rəqibləri Vivo və Opponu geridə qoyaraq ilk sırada qərarlaşıb. 

 

Çip böhranı və iqtisadi yavaşlama səbəbiylə istehsal və istehlak tələbinin məhdud olması ölkənin smartfon bazarında 9 faizlik daralma ilə nəticələnib. Buna baxmayaraq Apple Çindəki satışlarını 32%  artırıb. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox