AZ

Daun sindromlu gənclər DOST mərkəzində vətəndaşlara xidmət göstəriblər

30fbb1a1f2561235fec3849b9af1c158.png
12.08.2019 14:56

Bir qrup daun sindromlu gənc "Könüllü DOST" proqramında iştirak edib.

 

TED.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunan gənclər bir günlük "Könüllü DOST" komandasına qoşulublar.

 

İlkin olaraq könüllülər daun sindromlu gənclərə vətəndaşların qarşılanması, onlara növbə verilməsi, xidmət pəncərəsinə yönləndirilməsi, müxtəlif ərizələrin yazılması və məmnuniyyət sorğularının keçirilməsi ilə bağlı baza bacarıqları öyrədiblər. Bundan sonra daun sindromlu gənclər müstəqil olaraq özləri vətəndaşlara müəyyən sahələrdə xidmət göstəriblər.

 

 

Reabilitasiya Mərkəzinin mütəxəssisləri və gənclərin valideynləri təşəbbüsü alqışlayaraq bu cür tədbirlərin tez-tez keçirilməsinin daun sindromlu gənclər üçün cəmiyyətə inteqrasiya baxımından çox vacib olduğunu qeyd ediblər.

 

Sonda isə Mərkəzin könüllüləri tərəfindən hazırlanan hədiyyələr əyləncə dolu bir günlük təcrübə qazanan qonaqlara təqdim olunub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox