AZ

Çin özünəməxsus kriptovalyutanı istehsal edəcək

91524c5ddbf6757338fe8307f87e7be1.jpg
13.08.2019 09:18

Çin Milli Bankı özünəməxsus kriptovalyuta istehsal etməyi planlaşdırır.

 

TED.az xəbər verir ki, bu sözləri Bloomberg  agentliyi Çin Mərkəzi Bankındakı mənbəsinə əsasən yayıb.

 

Mənbənin sözlərinə görə, Milli Bank ötən ildən bəri bu iş üzərində fəal işləyir və öz kriptovalyutasını istehsal etməyə doğru “ciddi addımlar atır”.

 

2017-ci ilin sentyabr ayında Çin Milli Bankı bir ICO (investisiyaların cəlb etmə forması), həmçinin bitkoinlər və digər kriptovalyutalarla ticarəti qadağan edib. O vaxtdan bəri ölkədə 88 kriptovalyuta birjası bağlanıb və 85 ICO dayandırılıb.

 

 

Qeyd edək ki, 2017-ci ilin sonundan etibarən Çin dünyanın əsas kriptovalyuta bazarlarından biri kimi tanınıb. Bir sıra çinli və xarici nəşrlərə görə, 2017-ci ilin sonunda dünyanın mayninq istehsalının təxminən 80%-i Çində yerləşir. Ölkədəki hesablama mərkəzlərinin çoxu Yunnan, Siçuan və Sincan Uyğur Muxtar Bölgəsi daxil olmaqla elektrik enerjisinin ucuz olduğu ucqar əyalətlərdə yerləşir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox