AZ

Bitkoin bahalaşdı: Kriptovalyuta bazarında canlanma yarandı

c6c13db67889594b12ee7b561c0e0a12.jpg
13.08.2019 14:18

Avqustun 12-də Bitkoinin orta bazar dəyəri 0,5 faiz artaraq 11 400 dollara yüksəlib.

 

TED.az xəbər verir ki, dünya birjalarında monitorinqlər aparan "CoinMarketCap"ın məlumatlarına görə, digər kriptovalyutalarda da 0,6-5,1 faiz ətrafında dəyər artımı müşahidə olunub. Nəticədə, "Bitkoin"in kapitallaşması 203,7 milyard dollara, "Ethereum"un 22.9 milyard dollara,"Ripple"ın 12.8 milyard dollara, "Bitcoin Cash"ın 6 milyard dollara, "Litecoin"in 5.5 milyard dollara yüksəlib.

 

Xatırladaq ki, investor Tim Draper bitkoinin məzənnəsinin 250 min dollara çatacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bu kriptovalyuta 2023-cü ilin ilk rübünədək 1983 faiz bahalaşmalıdır. Qeyd edək ki, "Bitkoin" in məzənnəsi ötən iş həftəsinin sonunu enişlə başa vurmuşdu. Sutka ərzində bu kriptovalyutanın dəyəri 0,12 faiz azalmışdı.

Dünya bölməsindən digər xəbərlər

Daha çox