İşədüzəltmə şirkətləri nəzarətə götürülür – Hökumətdən yeni qərar

Azərbaycanda işədüzəltmə fəaliyyəti ilə məşğul olan şirkətlərə qarşı yeni tələblər müəyyənləşib.
TED.az "Fed.az"a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi «İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər» adlı qərarda bu sahə ilə bağlı ciddi yeniliklər nəzərdə tutulub. Qərar Azərbaycan vətəndaşlarını həm ölkə daxilində, həm də xaricdə işədüzəldilməsi ilə məşğul olan şəxsləri əhatə edir.
Sənədə əsasən bu fəaliyyətlə – Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə – yalnız hüquqi şəxslər məşğul ola bilərlər.
Yeni qərara əsasən, bu şəxslərin elekton reyestri yaradılacaq. Ölkədə bu fəaliyyətlə məşğul olan bütün şirkətlər haqqında məlmatlar bu reyestrdə toplanacaq, reyestr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olacaq. Reyestr Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiya edilir.
İşədüzəltmə şirkətləri müvafiq formanı elektron şəkildə dolduraraq bu reyestrə qoşulmaq üçün müraciət etməli olacaqlar.
Nazirlik Azərbaycan Respublikasının Vergilər Nazirliyinin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edərək işədüzəlmədə vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxsin vergilər, faizlər və maliyyə sanksiyaları, hüquqi şəxsin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun olmaması barədə məlumatları əldə edir.
İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxs mövcud informasiya ehtiyatlarında ona aid olan fərdi və kommersiya xarakterli məlumatların Nazirlik tərəfindən sorğu edilərək əldə olunmasına dair razılığını gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir.
Sənədə əsasən, İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər reyestrdə qeydiyyatdan keçməli, iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır.
Həmin şirkətlər işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiyanı Nazirliklə bölüşməlidirlər.
Nəhayət, Azərbaycan vətəndaşlarının xarici ölkə-lərdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Xəbər lenti
Ekspert iki şagirdin öldüyü QƏZADAN DANIŞDI: Birmənalı olaraq günah yük maşının sürücüsündədir


Silah bazarına liderlik edən ölkələr – REYTİNQ


Döyüş meydanının aslanı: Leopard tankı – ARAŞDIRMA


2030-cu ilin trendi nə olacaq? – AÇIQLAMA


Elnur Eltürk: Vikipediya könüllülərinin sayı artacaq


Resident Evil 3 – ilk treyler nümayiş etdirildi və oyunun çıxış tarixi açıqlandı - VİDEO


Azərbaycanda ən çox axtarılan bu mahnı olub - VİDEO


Məşhur idmançı robotla evlənir – FOTOLAR


Avast cəsusluqda ittiham olunur


Kaspersky yeni müdafiə sistemi hazırlayır


Bu ölkə internetin sürətinə görə dünya üzrə BİRİNCİDİR


Xiaomi və Oppo ilk olaraq ön kameralara malik smartfonları buraxacaq


Türkiyənin bu serialı Ermənistanda ən çox izlənilənlərdən oldu


Bu ay azərbaycanlılar internetdə ən çox hansı sözü axtarıblar?


Tvitter ən çox müzakirə olunan mövzuları açıqladı


Yeni Lynk&Co 05 kupe krossoveri təqdim edildi


Samsung bu smartfonunu 108 meqapiksellik kamera ilə təchiz edəcək


Hollivud ulduzlarının xəyal kimi avtomobilləri


Yeni masaüstü Intel prosessorları apreldən sonra təqdim ediləcək


Litva dünyanın ilk kolleksiya kriptovalyutasını yaradacaq


Kaspersky bu dəfə smartfon dünyasına addım atdı


Azercell şirkəti Audiobook bölümünə üç dildə əsər əlavə edib


Bu robot astronavtların hisslərini aşkarlayacaq


iPhone-da ən çox yüklənən mobil tətbiqlərin siyahısı açıqlandı


İdarəetmə Sistemləri İnstitutu əlaqələrini genişləndirir


Həftənin ən çox oxunanları
Deputatların xidməti avtomobilləri satışa çıxarılır?


Evrohome tikinti materialları bazarından canlı bağlantı - VİDEO


Süni intellekt insanların ən böyük köməkçisinə çevriləcək – Tur.ltd şirkətinin direktoru Günər Əliyev


Türkiyənin pilotsuz təyyarəsi ilk uçuşunu gerçəkləşdirdi – VİDEO


Android istifadəçilərinə şad xəbər: WhatsApp-da gözlənilən yenilik


Ekspert: DYP-nin yolu bağlama hüququ götürülməlidir


AzTU-da aparılan struktur islahatları nələr vəd edir? – AÇIQLAMA


Artıq bütün tələbələr üçün vahid platforma mövcuddur – Buqələmun


Teslanın elektrikli yük maşınına rəqib gəlir –Nikola Tre


Valyuta | Alış | Satış |
Kriptovalyuta | ||
![]() |
||
![]() |
||
![]() |
||
![]() |