Bu universitet İsrailin İnnovativ Texnologiyalar Qrupu ilə əməkdaşlıq protokolu imzaladı
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev İsrailin Holon Texnologiya İnstitutunda (HİT) olublar.
BDU-nun Mətbuat və informasiya şöbəsindən TED.az-a verilən məlumata görə, İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC-nin (İTG) prezidenti Michael Frenkelin də iştirak etdiyi görüşdə Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov rəhbərlik etdiyi İnstitut və orada aparılan tədris, elmi tədqiqat işləri haqqında danışıb. E.Yakubov səfərin BDU və HİT arasında əməkdaşlıqda yeni başlanğıc olacağını qeyd edərək əlaqələrin gələcəkdə bir çox sahələrdə inkişaf edəcəyinə əminliyini vurğulayıb. BDU haqqında məlumat verən rektor Elçin Babayev tələbələrin maraqlarından danışıb və Holon Texnologiya İnstitutu ilə əməkdaşlığın bu maraqların reallaşdırılacağına ümid etdiyini bildirib.
HİT-in Tədqiqat, İnnovasiya və Beynəlxalq Müəssisələr Təşkilatının rəhbəri Dr. Refael Barkan gələcəkdə bu institutun İnnovasiya və Sahibkarlıq Mərkəzində gərçəkləşdiriləcək yeni HandZone Sürətləndirmə proqramı daxil olmaqla innovativ yanaşması haqqında məlumat verib.
Tərəflər BDU, HİT və İTG arasında birgə elmi konfranslar, ikitərəfli və çoxtərəfli qrant layihələrində iştirak, tələbə-müəllim mübadilə proqramları, İnnovativ Tədqiqat və Sahibkarlıq üzrə birgə tədris və akademik proqramların hazırlanması kimi əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüş HİT, İTG və BDU arasında əməkdaşlıq haqqında Protokolun imzalanması ilə başa çatıb.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











