Beynəlxalq startap müsabiqəsində Azərbaycan final mərhələsinə yüksəldi
HealWith mobil tətbiqi tam süni intellekt istifadə edərək bitkilərin xəstəliklərini tapır və sonra onun müalicəsi ilə bağlı istifadəçini məlumatlandırır
Ən böyük regional startap müsabiqəsi hesab edilən EuroAsian Startup Awards (EASA) müsabiqəsinin finalçıları məlum olub. Azərbaycanlı iştirakçılar Elviz İsmayılov, İsa Zeynal, Fuad Ağayev, Dəniz Əliyev, Rəşid Əliyev, Şahin Əbdürrəhimov, Orxan Əliyev, İlkin Haqverdiyev və Camal Ağayev öz startaplarını təqdim etməklə finala vəsiqə qazananlar sırasında yer alıb.
Finalçı Elviz İsmayılov müsabiqədə qalib seçilən HealWith startapı haqqında TED.az-a danışıb: “HealWith mobil tətbiqi tam süni intellekt istifadə edərək bitkilərin xəstəliklərini tapır və sonra onun müalicəsi ilə bağlı istifadəçini məlumatlandırır. Bu sistem mobil qurğular üçün nəzərdə tutulmuş proqram təminatıdır. Proqram bu şəkildə işləyəcək: istifadəçilər xəstəliyə yoluxmuş bitkinin yarpağının və ya meyvənin şəklini çəkib sistemə yerləşdirəcəklər. Süni intellektə həmin xəstəliyin növü öyrədilibsə, yəni sistemə o xəstəlik yazılıbsa, şəkil əsasında proqram xəstəliyin növünü təyin edəcək. Eyni zamanda, proqram istifadəçiyə xəstəliyin müalicə üsulları haqqında da məlumat verəcək. Hal-hazırda 3 xəstəlik tam öyrədilib, proses davam etdirilir. Sistemə yeni xəstəliklər əlavə olunur”.
Sözügedən müsabiqəyə startapçılar mayın 20-dən iyulun 21-dək 19 kateqoriya üzrə onlayn platforma vasitəsilə layihələrini təqdim ediblər. Seçilmiş finalçılar sentyabr ayında keçiriləcək əsas finalda yer alaraq, noyabrın 30-da regional finalda iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqə namizədlərin startaplarının beynəlxalq səviyyəyə çıxması üçün önəmli addım hesab olunur
EuroAsian Startup Awards-a qoşulan startapçılar 3 mərhələ üzrə yarışırlar: milli, regional və qlobal. Bir mərhələdən digərinə ən yaxşı ekosistem oyunçuları seçilərək növbəti mərhələyə keçirlər. Müsabiqənin daha bir özəlliyi ondan ibarətdir ki, istənilən startapçı onlayn platforma vasitəsilə öz startapını təqdim edə bilər. EASA, 3 qitədə, 7 bölgədə təşkil edilən ən böyük startap yarışı olan Global Startup Awards-ın bir hissəsidir. Müsabiqə Şimal ölkələrini, Mərkəzi Avropanı, Cənub-Şərqi Asiyanı, Cənubi Afrikanı, Cənubi Asiya və Cənubi Avropanı əhatə edir.
Məlumat üçün bildirək ki, final mərhələsində azərbaycanlı startapçıların rəqibləri sırasında Türkiyə, Belarus, Gürcüstan, Moldova, Ermənistan, Rusiya Federasiyası və Ukraynadan olan iştirakçılar da olacaq.
Zeynəb ƏKBƏR
Startaplar bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









