AZ

İdeyalarını reallaşdırmaq istəyənlərin nəzərinə – xarici mütəxəssisdən startap təlimi

22.08.2019 12:23

SUP Accelerator və INNOLAND Incubation&Acceleration Center tərəfindən təşkil olunan növbəti SUP talks təlimi keçiriləcək.

 

TED.az xəbər verir ki, təlimin əsas spikeri Startaparat və 1MillionStartups şirkətinin həmtəsisçisi və baş direktoru Helena Rosandiç olacaq. İdeyanı həyata keçirməyin yollarını öyrədən 1MillionStartups təşkilatı startaplar dünyasını təbliğ edən ilk beynəlxalq təşkilatdır. Təşkilat startapların müasir sosial və iqtisadi inkişafının əhəmiyyəti ilə bağlı məlumatlılığı artırmaqla yanaşı, yeni təsisçilərə ehtiyac olunan startapları yaratmağa ruhlandırır.

 

Qeyd edək ki, SUP Talks avqustun 23-ü saat 11:00-dan 12:00-dək INNOLAND Incubation&Acceleration Centerdə keçiriləcək.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox