AZ

Qapısı açıq 280 km sürətlə gedən qatar

f357cf287c2a8c690824748874bcb904.jpg
22.08.2019 17:08

Nəqliyyat texnologiyası dedikdə ağıla gələn ilk ölkələrdən biri Yaponiyadır. Sürət qatarlarından söz açanda məhz bu ölkə yada düşür.  Bu sürətli qatarlarla Yaponiya sərnişin daşımaları üzrə liderdi. Təbii ki, təhlükəsizlik də önəmlidir və rəsmi Tokio nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti ilə bağlı mühüm addımlar atıb. Amma, bu dəfə ...

 

TED.az xəbər verir ki, saatda 280 km sürətlə gedən qatarın qapısının açıq qalması, böyük sensasiyaya səbəb olub.

 

Yaponiyanın şimal-şərqindəki Sendai şəhərindən Tokioya gedən East Japan Railway Co şirkətinə məxsus sürət qatarı 40 saniyə qapısı açıq şəkildə hərəkət edib.

 

 

Qatar operatoru problemin, təmizlik işçisinin qapıları avtomatik olaraq bağlayan cihazı söndürməsindən qaynaqlandığını bəyan edib. Hayabusa No-46 adlı sürət qatarının rəisi 9-cu vaqonun qapısının açıq olmasının fərqinə vardıqdan sonra, qatarın hərəkətini 15 dəqiqəlik dayandırmalı olub. Hadisə zamanı nəqliyyat vasitəsində təxminən 340 sərnişin olub. Xoşbəxtlikdən sərnişinlərin heç biri xəsarət almayıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox