Daha bir KOB Dostu fəaliyyətə başladı
Xəzər rayonunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu fəaliyyətə başlayıb.
Agentlikdən TED.az-a verilən məlumata görə, bu ölkə üzrə sayca 16-cı, Bakı şəhəri üzrə isə 2-ci KOB Dostudur. Hazırda KOB Dostları ölkənin 14 şəhər və rayonunda sahibkarlara xidmət göstərir.
Bununla əlaqədar, dövlət qurumlarının, Xəzər rayonunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə KOB Dostu mexanizmi, mikro, kiçik və orta sahibkarlara KOB Dostu tərəfindən göstəriləcək xidmətlər və dəstək barədə ətraflı məlumat verilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Xəzər və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə KOB Dostu-na müraciət edə bilərlər. Xəzər rayonu üzrə KOB Dostu sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək. Sahibkarları KOB Dostu ilə sıx əməkdaşlığa dəvət edən Orxan Məmmədov ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov rayonun iqtisadi potensialı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yaradılmış imkanlar barədə məlumat verib, KOB Dostunun mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
Sonra KOB Dostu konsepsiyası ilə bağlı təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda Xəzər rayonunun Gənclər Evində fəaliyyət göstərəcək KOB Dostu ofisi ilə tanışlıq olub. Qeyd olunub ki, burada KOB Dostu tərəfindən sahibkarlara müvafiq xidmətlərin və dəstəyin göstərilməsi üçün lazımi şərait yaradılıb, ofisin fəaliyyətinə KOB könüllüləri cəlb olunub.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











