AZ

Bakı-Sabunçu-Bakı qatarından istifadə edənlərin nəzərinə – son dayanacaq dəyişdi

23.08.2019 10:33

Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.  

 

TED.az xəbər verir ki, buna səbəb 26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşasıdır.

 

Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq.

 

Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox