AZ

Lexus-un ilk elektrokarı şəhər hetçbeki olacaq

c9376a120fbc024735831ead4908a445.jpg
23.08.2019 11:43

Yaponiyanın mükafatlı brendi ilk fərdi elektrokarın təqdimatını planlaşdırıb. Tokioda keçiriləcək ən yaxın sərgidə şəhər hetçbeki nümayiş olunacaq.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bununla belə, elektrik yeniliyinin seriya modelinin buraxılmasından danışmaq hələ çox erkəndir, çünki istehsalçılar yalnız eletrokarın prototipini nümayiş etdirə biləcəklər. Lexus-un xarici görünüşü əvvəllər buraxılmış modellərdən fərqli və futuristik olacaq. Salon isə eyni zamanda iki böyük ekrana sahib olacaq.

 

 

Elektrik qurğulu Lexus seriyalı hetçbekin rəsmi təqdimatı 2020-ci ildə keçiriləcək. Xatırladaq ki, bir qədər əvvəl şirkət 2025-ci ildə bütün modellərin elektrik modifikasiyasına daxil olmasını qeyd edib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox