İnternetdə yaz, çıxacaq – Vikipediya
Hansısa məlumata ehtiyacımız olduqda artıq qonşuya və ya qohuma müraciət etmirik. Müraciət etsək belə, “İnternetdə yaz, çıxacaq” cümləsini eşidirik. Texnologiyanın işıq sürəti ilə inkişaf etdiyi bir dövrdə yaşadığımıza görə, internetə bu qədər bağlı olmağımız heç təəccübləndirici hal deyil.
İstənilən bir informasiyanı axtardığımızda etibar etdiyimiz bir sıra mənbələrə rast gəlirik. Onlar artıq şüuraltı, necə deyərlər, hörmətimizi qazanıblar və güvəniləcək mənbə kimi ağlımızda həkk olublar. Belə mənbələrdən biri də çox yaxşı tanıdığımız Vikipediya ensiklopediyasıdır.
TED.az olaraq təmənnasız bizə yardım edən bu ensiklopediya haqqında maraqlı informasiyanı sizə təqdim edirik:
Vikipediyanın yaradıcısı Cimmi Uels 1966-cı ildə ABŞ-da anadan olub. Uels iqtisadiyyat istiqaməti üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib. 1996-cı ildə o, Bomis əyləncə xarakterli axtarış portalını, 2000-ci ildə isə ingilis dilində Nupedia.com ensiklopediyasını yaradıb. Ən böyük uğuru isə ildə yaratdığı Vikipediya portalıdır. Hazırda Vikipediya dünyanın ən böyük ensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. Vikipediya müraciətlərin sayına görə sorğu resurslarından sonra ikinci yeri tutur.
Vikipediya internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilərin yaratdığı ensiklopediyadır. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya hər keçən gün daha çox məşhurlaşır. Əvvəl yalnız başqa dilləri bilən azərbaycanlılar vikipediyadan istifadə edə bilirdilər, indi isə ensiklopediyanın azərbaycanca olan versiyası da mövcuddur. Hazırda Vikipediyada azərbaycan dilində 149.093 məqalə mövcuddur.
İnternet istifadəçilərinin təxminən 7%-i hər dəfə internetə girəndə Vikipediya məqalələrini oxuyur.
2001-ci ildən bəri Vikipediyada ümumilikdə 1,4 milyarddan çox sözlə 8,2 milyon məqalə yazılıb.
Maraqlıdır ki, "wiki" termini viki-viki və ya "sürətli" mənasını daşıyır, bu Havay adalarındakı avtobusların adıdır.
Vikipediya ən çox istifadə edilən onlayn ensiklopediyalardan biri olsa da, trafik səviyyəsi Dictionary.com ilə müqayisədə daha azdır.
Maraqlı bir fakt, Vikipediya reklamı olmayan pulsuz bir mənbədir. İldə bir dəfə istifadəçilərin könüllü bir pul yığımı "Allah yolunda" formasında olur. Vikipediya ziyarətçilərinin sayı pis hava ilə mütənasibdir. Hava pis olduqda istifadəçilər, yəqin ki, evdə qaldıqlarına görə Vikipediyaya meyl edirlər.
Bu ensiklopediyanın yaxşı tərəflərinin olmasına baxmayaraq, pis tərəfləri də var.
Statistikaya görə, Vikipediyada yerləşən məlumatların 30% faizi şübhə altındadır.
Orada rəsmi məqalələrdən əlavə mistifikasiya (bilərəkdən aldatma, çaşqınlıq yaratma, fırıldaq; uydurma, yalan) dolu məqalər də mövcuddur, belə məlumatlar tamamən müəllifin fantaziyasıdır. Bunlardan ən məşhurlarından biri 17-ci əsrdə Marat İmperatorluğu ilə Portuqaliya arasında baş verdiyi iddia edilən Bikolim konflikti haqqındakı məqalədir. Məqalə silinmədən öncə təxminən 5 il ensiklopediyada qaldı, sonda isə bütün qaydalara uyğun olaraq silindi.
Fatimə ZÜLFİQAR
Texnologiya bölməsindən digər xəbərlər
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Tesla Kaliforniyada Satış Qadağası ilə Üzləşə Bilər!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
OLED Displeyli iPad Mini Tezliklə Gələcək
Kompakt Nəhəng Təqdim Edildi: ASUS Prime AP303
Apple-ın Xüsusi iPhone Modeli Gəlir
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Galaxy Watch 4 əsas yeniləməni aldı!
Porsche Cayenne Electric-in "Sürücü Təcrübəsi" Kokpiti!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Microsoft əl konsollarının performansını artırır!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Yeni Nissan Leaf istehsala başlayır!
Şok DDR5 RAM fırıldağı!
Google Gemini 3 Flash təqdim edildi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

