AZ

LG yeni K50S və K40S smartfonlarını təqdim edib

4e49c0bde1200c33c06928b53007f7db.jpg
23.08.2019 14:43

LG Koreya markası rəsmi olaraq orta bazar seqmentinə aid olan iki yeni K50 və K40 smartfonunu təqdim edib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, öz növbəsində, hər iki model tezliklə planlaşdırılan IFA 2019 sərgisində nümayiş olunacaq. Yeniliklərdə güclü səkkiznüvəli prosessorlardan istifadə edilib. K40S smartfonuna gəldikdə isə burada 6,1 düymlük yüksək ekran göstəricisi və 3 GB operativ yaddaş tətbiq edilib. Daxili yaddaşın ölçüsü 32 GB təşkil edir.

 

Qacetin əsas kamerası 13+5 meqapikseldə iki obyektiv alıb. Daha inkişaf etmiş LG K50S yeniliyi 6,5 düymlük böyük bir ekran, eləcə də 13+2+5 meqapiksel üçqat kameraya malikdir. 4000 mAs batareyasına görə smartfon təkmilləşdirilmiş avtonomluqla öyünə bilər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox