Kaspersky Lab spam zənglərin daha intensiv olduğu vaxtları müəyyənləşdirdi
Dünyada hər dörd smartfon istifadəçisindən üçünə (smartfon istifadəçilərinin 72 faizinə) hər ay spam zənglər gəlir. Spamerlər daha çox cümə axşamı və cümə günləri saat 16:00-18:00 aralığında zəng edirlər.
TED.az xəbər veriri ki, bu barədə Kaspersky Lab şirkətinin məlumatında qeyd olunub.
Arzuolunmaz zənglər siyahısının ilk onluğuna kollektorlar və reklam zəngləri, riskli maliyyə əməliyyatları və investisiya təklifləri daxildir.
“Spam zənglər abonentləri bərk əsəbiləşdirir. Hesablamalarımıza görə, naməlum nömrələrdən gələn zənglərin spam olma ehtimalı 70 faizə bərabərdir. Buna görə də telefon zəngini cavablandırmadan kimin zəng etdiyini müəyyənləşdirən həllərə tələbat artır. Bu həllər sizə lazımsız danışıqlardan qaçmağa yardım edəcək", - deyə Kaspersky Lab şirkətinin sistem analitiki Dmitri Volqin bildirib.
Telefon spamından və fırıldaqçılıqdan qorunmaq üçün şirkət Kaspersky Who Calls həllini təklif edir. Proqram kimin zəng etdiyini dərhal öyrənməyə imkan verir. Əməliyyat sistemindən asılı olaraq həll elə zəng zamanı təşkilatın/nömrənin sahibinin adını və zəngin kateqoriyasını təyin edir. Məsələn, “kredit”, “çatdırılma xidməti” və s. Bununla belə, Kaspersky Who Calls həlli istifadəçinin mobil nömrəsini tələb etmir və onun şəxsi məlumatlarını indeksləşdirmir.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












