AZ

Azərbaycan Universitetinə qəbul olan subbakalavrların nəzərinə: Əgər işləyirsinizsə…

9c9d1c46963ec8672bbcb91fc5175378.jpg
23.08.2019 15:17

Azərbaycan Universiteti subbakalavrlar üçün part-time təhsil modelini tətbiq edəcək.

 

TED.az xəbər verir ki, Azərbaycan Universitetində qiyabi təhsilalma forması olmadığından işləyən subbakalavrlar üçün part-time təhsil modeli tətbiq olunacaq. Bu modelin tətbiq edilməsində məqsəd tələbələr üçün daha geniş təhsil imkanlarının yaradılmasıdır.


Part-time (tədrisə qismən cəlb olunma) əyani təhsilalma formasının bir növü olub, hər semestrdə iki fəndən az olmamaqla tədris qrafiki tələbənin özü tərəfindən planlaşdırılır.


Bu imkandan faydalanmaq istəyən subbakalavrlar universitetə iş yerindən arayış təqdim etməlidirlər. 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox