Türkologiya jurnalı ABŞ-ın EBSCO məlumat bazasına daxil edilib
AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq Türkologiya jurnalı növbəti dəfə beynəlxalq uğur qazanıb.
Azərbaycan Dillər Universitetindən TED.az-a verilən məlumata görə, jurnal ABŞ-ın nüfuzlu EBSCO beynəlxalq indeksləşdirmə təşkilatının bazasına daxil edilib.
Bununla bağlı məlumat verən jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, jurnalın məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir: “Son illərdə Türkologiya jurnalı beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirib. Bu da öz bəhrəsini verib. Bu ilin avqust ayında Türkologiya jurnalı EBSCO beynəlxalq indeksləşdirmə təşkilatının bazasına daxil edilib. EBSCO ABŞ-da (Massaçusets ştatında) fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad bazasıdır. EBSCO elmi məqalələri və onların çap olunduğu ədəbiyyatı – nüfuzlu jurnalları, sanballı kitabları öz məlumat bazasına daxil edərək dünyanın hər yerində həmin elmi materiallar haqda informasiya əldə edilməsini təmin edir. EBSCO 57 mindən çox elektron jurnalı və 1,2 milyondan çox elektron kitabı istifadəçilərinə təqdim etməklə yanaşı, 360 mindən artıq dövri nəşrə abunə xidməti təşkil edir”.
Qeyd edək ki, bu, Türkologiya jurnalının ilk uğuru deyil. Jurnal 2017-ci ildə MLA (Modern Language Association, New-York/USA), SAJI (Scholar Article Journal Index, Amsterdam/Hollandiya), SIS (Scientific Indexing Services, Texas/USA), TEI (Turkish Educational İndex, Ankara/Türkiyə), SOBİAD (Sosyal Bilimler Atıf Dizini, Elazığ/Türkiyə), 2018-ci ildə isə Almaniyada (Berlində) fəaliyyət göstərən COSMOS İMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilib.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










