AZ

Bu dövlətin öz kriptovalyutası olacaq – rəqəmsal dünyaya daha bir əməkdaş

258328d02dcb053a14f2748f1f06a8e6.jpg
23.08.2019 16:21

Çindən sonra yenə bir dövlət öz rəqəmsal valyutasını istehsal etməyi düşünür.

 

TED.az xəbər verir ki, Ruanda Mərkəzi Bankı Token kriptovalyutasını dövriyyəyə buraxmağa qərar verib, lakin hələ ki bu aktivlə ölkədaxili əməliyyatları necə tənzimləyəcəyi barədə məlumat yoxdur.

                                                     

Xatırladaq ki, Çin Xalq Bankı milli rəqəmsal valyutasını yaratmaq istəyir. Çinin yaradacağı kriptovalyuta Feysbukun Libra tokeninə qarşı rəqib olaraq nəzərdə tutulur. Mütəxəssislərə görə, Çin tənzimləyicisi Libra layihəsi başlamazdan əvvəl də rəqəmsal valyutanı dövriyyəyə buraxa bilər.

 

Ruandanın Mərkəzi Bankı, yaradacağı tokenin ölkə fəallığının artmasına bir təkan olacağını bildirir.

 

Kriptovalyuta sənayesinin perspektivləri artıq Sinqapur, Hollandiya və Kanadanın da mərkəzi bankları tərəfindən öyrənilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox