AZ

Milyonlarla insan sentyabrın 20-də 51-ci zonada olacaq – UFO-lar realdırmı?

3d10c3eb1d060ea304ca774a6c44cfe2.jpg
23.08.2019 16:57

UFO – bizim dillə desək Uçan Naməlum Obyektlər (UNO). UNO-lar haqqında indiyə kimi bir çox məlumatlar əldə edilib. Məlumatın geniş xalq kütləsi arasında yayılması 24 iyun 1947-ci ildə amerikalı Kennet Arnoldun öz təyyarəsi ilə Vaşinqton ştatının üzərindən uçarkən 10 ədəd böyük sürətlə hərəkət edən diskvari obyekti görməsindən sonra başlayıb. Növbəti gün bu hadisə yerli qəzetlər tərəfindən "uçan boşqablar" adlı məqalədə öz əksini tapıb.

 

 

Ufoloqlar arasında yadplanetlilərin bizim planetə haradan və hansı məqsədlərlə gəlmələri ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Onların yaşayış yerləri kimi qalaktikanın başqa planetləri, paralel dünyalar, mənəvi sferalar və s. göstərilir. Gəlmələrin bizim planetə səfərlərinin məqsədləri də müxtəlif olaraq göstərilir: insanlara kömək etmək, insanları öz məqsədləri üçün istifadə etmək, eksperimentlər və s.

 

Bir çoxumuz isə yadplanetlilər haqqında nəsə görərkən “Görəsən, həqiqətən də var?” sualı beynimizdə yaranır. Çoxu “Hamısı Amerikanın oyunudu, ay bala, inanmayın” desə də bəzi sübutlar onların olmadığı fikrinə şübhə ilə yanaşmamıza səbəb olur.

 

Əgər, həqiqətən də, yadplanetlilər yoxdursa, bəs 51-ci zona nədir?

 

TED.az məlumat verir ki, dünyada gizli olan və çoxları üçün qaranlıq qalan məkanlardan biri də 51-ci zonadır. Varlığı rəsmi məlumatlarda yer almayan və Area 51 olaraq bilinən bölgə, Las-Veqasın 153 km şimalında, Groom gölü yaxınlarında olan Nevada çölündə yerləşir. Bölgənin təhlükəsizliyini Cammo Dudes adı verilən bir qrup yerinə yetirir. Bölgəyə insanlaın girişi qadağandır. Həmin qrup insanlara bölgəni tərk etmək üçün xəbərdarlıq edir. Xəbərdarlığa əməl olunmadıqda ilk öncə pul cəzası kəsilir, daha sonra  bölgəyə girən şəxslər daha da irəli gedərlərsə, o zaman öldürülürlər.

 

Məlumatlara görə, bəziləri Area 51-də silahların, yeni təyyarələrin test edildiyini, bəziləri isə yadplanetlilərin araşdırıldığını iddia edir. Səsləndirilən fikirlərdən ən məşhuru isə 1947-ci ildə yaşanan Roswell UNO qəzası sonrası tapılan yadplanetli cəsədinin bu bölgədə saxlanıldığıdır. Hətta bu gün ABŞ-ın yüksək texnoloji silahlara və texnikaya sahib olmasının səbəbi olaraq 1947-ci ildə yaşanmış Roswell UNO qəzası göstərilir.

 

 

Bundan əlavə, bir çox UNO (Uçan naməlum obyekt) mütəxəssislərinə görə 1960-cı illərdə yerə düşən UNO-nun qalıntıları ilə yadplanetlilərin bədənləri də bu bölgədə saxlanılır. Həmin mütəxəsislərə görə hazırda ABŞ hökuməti bu bölgədə yadplanetlilər üzərindəki araşdırmalarını davam etdirir. 

 

20 sentyabrda 1,4 milyon insan Area 51-də olacaq

 

Feysbuk üzərindən başladılan çağırışda yadplanetliləri görmək üçün 1,4 milyon insan 20 sentyabr tarixində Area 51-ci bölgəyə getməyi planlaşdırır.

 

Hərbi Hava Qüvvələri New York Times qəzetinə verdiyi açıqlamada, baza bölgəsinə girməyin təhlükəli və qadağan olduğunu bildirib: "Hərbi Hava Qüvvələri, Amerika Birləşmiş Ştatlarını və ərazilərini istənilən hava hücumundan qorumağa hazırdır".

 

Buna baxmayaraq, New York Times qəzeti 20 sentyabr üçün "Little A'Le'Inn" otelində yer qalmadığını bildirib.

 

Fidan ƏSƏD

TED + bölməsindən digər xəbərlər

Daha çox