AZ

DİQQƏT: Cryptolocker adlı virus sürətlə yayılır – CİHAZLARINIZ TƏHLÜKƏDƏDİR

70273fc76262d1dd66ea39add099f1b2.jpg
23.08.2019 17:34

Son günlərdə Ransomware və ya Cryptolocker kimi tanınan virus yenidən sürətlə yayılmaqdadır.

 

TED.az xəbər verir ki, sözügedən virus kompüteri zəbt edərək məlumtları şifrələyir, sonra isə müəyyən pul müqabilində istifadəçiyə deşifrə açarı təqdim edir.  

 

Kompüter servis mərkəzlərindən daxil olan məlumata görə, bu həftə ərzində virusa yoluxma ilə bağlı çoxlu miqdarda zənglər edilib. Elektron məktub üzərindən yayılan bu kimi hücumlar, əsasən rus dilində məktub kimi gəlir və məktubdakı .zip yaxud .rar formatlı əlavələri açmaq təklif olunur. Viruslar birbaşa şəxslərə ünvanlandıqları üçün spam məktub kimi tanınmır birbaşa gələn məktublar siyahısına düşür. Virusu göndərən şəxs özünü şirkət işçisi kimi təqdim edir. Servis xidmətləri xəbərdarlıq edir ki, bu kimi əlavələri, ümumiyyətlə, məlum olmayan şəxsdən gələn məktubları açmayın. Belə bir email gördüyünüz halda, dərhal IT mütəxəssislərinə xəbər verin və onu spam məktub kimi qeyd edin. Virus əsas etibarilə korporativ şəbəkələri hədəf alır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox