AZ

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu

147eab7b355e2dfa4828cfbf27aef08e.jpg
23.08.2019 17:54

Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayır.

 

Təhsil Nazirliyindən TED.az-a verilən məlumata görə, qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək. İkinci turla bağlı sənəd qəbulunun ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

 

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox