Casus proqramı Google Play Store-un filtrlərini keçməyə nail oldu
Növbəti casus proqramı Android üçün əlavələrin rəsmi mağazası olan Google Play Store-un filtrlərini keçməyə nail olub. Bu barədə TED.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Söhbət legitim proqrama tətbiq edilən, ilkin kodu iki ildən artıq GitHub-da açıq olan AhMyth komponentindən gedir.
AhMyth uzaqdan giriş üçün alətdir. Play Store-da bu arzuolunmaz proqramı ESET antivirus şirkətinin ekspertləri aşkarlayıblar. Mütəxəssislərin hesabatına görə, AhMyth musiqinin servis-striminqi funksiyasını icra edən Radio Balouch proqramına əlavə yüklənmə kimi mövcuddur.
ESET əməkdaşlarının sözlərinə görə, AhMyth Play Store-a düşməməli idi. Çünki bu RAT zərərvericisinin ilkin kodu çoxdan açıqdır. Deməli, Play Store-un təhlükəsizlik komandası onun haqqında bilməli idi.
“AhMyth-ın zərərli funksiyaları gizlədilməyib, obfuskasiya olunmayıb və bütövlükdə heç cür qorunmayıb. Başqa Android əlavədə onun iştirakını müəyyən etmək çox sadədir”, - deyə mobil zərərli əlavələrin tədqiqatçısı Lukaş Ştefanko izah edir.
Ştefankonun sözlərinə görə, o, AhMyth-ın Play Store-da iştirakı bir ay ərzində iki dəfə, iyulun 2-də və 13-də aşkarlanıb: “Hər iki halda arzuolunmaz proqram aşkarlandığı gündən bir gün sonra rəsmi mağazadan silinib”.
Ekspert əlavə edib ki, bu proqramı onun Play Store-un təhlükəsizlik komandasına şikayətindən sonra siliblər.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











