AZ

“Sungur” portativ HHM sistemi Türkiyə ordusunun silahlanmasına daxil olub

 

fcf9d2181a8e03a093bdaa93cba91544.jpg
16.08.2022 17:40

“Sungur” portativ Hava Hücumundan Müdafiə (HHM) sisteminin çiyindən atılan versiyası Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil olub.

 

TED.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

 

“Sungur” raketi aşağı əməliyyat hündürlüyündə hava hədəflərinin məhv edilməsində istifadə olunacaq. Raketlər ROKETSAN şirkəti tərəfindən istehsal edilir.

 

“Daşına bilən HHM raket sistemimizin tək bir əsgər tərəfindən çiyindən atılan versiyası ilə Mehmetçiyin xidmətindədir. PUA, reaktiv təyyarə və helikopterlərə qarşı təsirli olan “Sungur” silah sisteminin ilk partiyasını TSQ-yə təhvil verdik”, - deyə Dəmir bildirib.

 

ROKETSAN tərəfindən HİSAR və “Stinger” layihələrindən əldə edilən təcrübə ilə inkişaf etdirilən “Sungur” mobil atış qabiliyyətinə, gecə-gündüz hədəf aşkarlama, diaqnostika, tanınma, izləmə və 360 dərəcə atış qabiliyyətinə malikdir. 8 kilometr məsafəyə malik “Sungur” IIR Axtarış Başlığından istifadə edə bilən, üstün xüsusiyyətlərinə görə dördüncü nəsil MANPADS hesab edilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox