Dövlət Komitəsi daşınmaz əmlaklara dair texniki pasportların əldə edilməsi xidmətlərini elektronlaşdıracaq – AÇIQLAMA
“Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən 46 xidmətin 41-ni elektron müstəvidə yerinə yetirmək mümkündür. Komitənin təqdim etdiyi 41 elektron xidmətdən 26-sı daşınmaz əmlakın qeydiyyatı, 10-u dövlət əmlakının özəlləşdirilməsi, 3-ü dövlət əmlakının idarə edilməsi və icarəsi, 2-si isə kadastr məsələləri ilə bağlıdır. Bu xidmətlərin 38-si interaktiv, 3-ü isə informativ xidmətlərdir. Hər hansı ünvanlara müraciət etmədən daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı tələb olunan dövlət rüsumu və xidmət haqqını “Əmlak kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. “Elektron çıxarışların yoxlanması” xidməti ilə daşınmaz əmlakını qeydiyyatdan keçirən şəxs öz sənədinin həqiqiliyini onlayn formada yoxlaya bilir”, - bunu TED.az-a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.
Qulu Xəlilov bildirib ki, elektron xidmətlərdən biri də çoxmərtəbəli yaşayış binasında çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi ilə bağlıdır: “Bu elektron xidmət vasitəsilə vətəndaş yaşayış binası ilə bağlı məlumatları və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə edə bilər. Eyni zamanda, hər kəs əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilər. Bunu Komitənin “Kadastr kalkulyatoru” adlı elektron xidməti mümkün edir. Hərraclar ilə bağlı təqdim olunan elektron xidmətlər isə investorların və digər şəxslərin özəlləşdirmədə rahat iştirakına yönəlib. Dövlət əmlaklarının hərraclarına qoşulmaq üçün seçim, sifariş və iştirak prosedurlarını elektron formada yerinə yetirmək mümkündür. Eyni zamanda Elektron hərrac xidməti ilə hərraca marağı olan hər kəs prosesi qeydiyyatsız, canlı formada izləyə bilir”.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, ƏMDK tərəfindən göstərilən 41 elektron xidmətdən 35-i Elektron Hökümət Portalına inteqrasiya olunub. Bu xidmətlərdən 5-i qeydiyyatsız formada istifadə edilir.
Q.Xəlilov gələcəkdə elektronlaşacaq xidmətlərdən də danışdı: “Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən gələcəkdə dövlət əmlaklarının özəlləşdirilməsi hərraclarında elektronlaşmanın təkmilləşdirilməsi və bu xidmətlərdən istifadənin daha da sadələşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Eyni zamanda, komitə gələcəkdə daşınmaz əmlaklara dair texniki pasportların əldə edilməsi ilə bağlı xidmətlərin elektron müstəvidən həyata keçirilməsi, bu sənədlərdən onlayn formada istifadənin təminatını planlaşdırır”.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










