Ağıllı uşaq arabası təqdim olunub - VİDEO
Almaniyanın Bosch şirkəti iki elektrik mühərriki ilə təchiz edilən ağıllı uşaq arabasını təqdim edib.
TED.az xəbər verir ki, elektrik mühərrikləri ilk növbədə uşaq arabasının hərəkətinə - yuxarı itələməyə və ya tormozlamağa kömək üçün nəzərdə tutulub. Onu idarə edən şəxs hərəkət edərkən daha az güc sərf edəcək.
Bundan əlavə “eStroller”ə yol örtüyünün analizi üçün də bir sıra sensorlar quraşdırılıb. Istehsalçılar bildiriblər ki, sensorlar valideynin fikri yayındıqda arabanın gözlənilməz istiqamətlərdə hərəkətinin qarşısını almağa xidmət edir.
Qurğunun korpusunda USB-port və Bluetooth modulu yerləşdirilib. Digər xüsusi proqramın köməyilə də batareyanın nə qədər enerjisi qaldığını öyrənmək, gedilmiş yolu, həmçinin qaçırılmağa qarşı sistemi işə salmaq mümkündür. Bu sistem araba ona qoşulmuş qurğudan çox uzaqda olduqda və ya onunla əlaqə kəsildikdə işə düşür.
Bosch şirkəti “eStroller” arabasının satışı ilə məşğul olmayacaq. Artıq “Emmaljunga” adlı İsveç firması ilə müqavilə bağlanıb.
Qeyd edək ki, yalnız birnəfərlik deyil, iki və üçnəfərlik ağıllı uşaq arabalarının istehsalı da planlaşdırılır. İlk partiya 2020-ci ilin başlanğıcında yalnız İsveç ərazisində satışa çıxarılacaq.
Arabanın qiyməti hələ ki, açıqlanmır.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















