EKSPERT: Azərbaycan Ordusu yüksək texnologiyalara əsaslanan hərbi vasitələrdən istifadə edir
“Azərbaycan Silahlı Qüvvələri son 10 il ərzində hərbi sahədə əldə olunan texnoloji nailiyyətlərdən geniş şəkildə istifadə edir. Söhbət peyk, naviqasiya sistemləri, döyüşün idarə edilməsində kompüter dəstəkli müasir avadanlıqlardan gedir”.
Bunu TED.az-a açıqlamasında ehtiyyatda olan zabit, hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, Azərbaycan Ordusunda mövcud olan zirehli texnikalar, xüsusilə tank və zirehli transpartiorlar döyüşün idarə edilməsi, gündüz, gecə və əlverişsiz görüntü şəraitində hədəflərin müəyyənləşdirilməsi üçün ən son texnoloji vasitələrlə təchiz olunub.
R.Məmmədli qeyd edib ki, hətta sovet dövründən mövcud olan aviasiya vasitələri son texnologiyalar əsasında hazırlanan cihazlarla təchiz edilib: “Bu, AFAR (dost-düşməntanıma), REM (Radioelektron mübarizə) sistemləridir. REM sistemləri havada düşmənlə kontaksız döyüş zamanı onun hücumlarının qarşısını almağa imkan verir: Yəni bu sistem həm aviasiya vasitəsinin idarətetmə sistemini sıradan çıxarmaq üçün düşmən tərəfinin yönəltdiyi virusun qarşısını alır, həm də adekvat cavab tədbirləri görməyə imkan verir”.
Hava hücumundan müdafiə sistemlərindən də danışan R.Məmmədli S-300 PMU2 Favorit uzun mənzilli zenit-raket kompleksini xüsusi qeyd edib: “S-300PMU-2 Favorit modeli S-300 zenit raket kompleksinin ən son versiyasıdır. Bu sistem iri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındadır. S-300PMU-2 Favorit kompleksi üçün xüsusi olaraq istehsal edilmiş yüksək hərəkət qabiliyyətli MAZ-543M maşınlarının üzərinə quraşdırılır. S-300 divizionu eyni anda 115 hədəfi izləyib, eyni anda 3 saniyə içərisində 6 ayrı hədəfə 12 raket tuşlaya bilir. S-300 Favorit kompleksi özünün hədəf izləmə imkanlarının genişliyinə görə fərqlənir. S-300PMU-2 Favorit zenit raket kompleksinin raketləri 2800 m/s sürətə, 30 kilometr yüksəkliyə və 200 kilometr diametrə malikdir. Kompleks 5 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilir. Kompleksin tərkibində yer alan radarlar hədəfləri 300 kilometrdən aşkar edir və izləməyə götürür”.
Ekspert bildirib ki, bir neçə il əvvəl Azərbaycanın İsraildən aldığı Dəmir Qübbə isə istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir: “Bu sistem ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir”.
Bundan başqa, ordumuzda müxtəlif təyinatlı, o cümlədən müşahidə və zərbə məqsədli, eləcə də kamikadze pilotsuz uçuş aparatlarına geniş yer verildiyini deyən R.Məmmədli qeyd edib ki, bütün bunlar bu gün Azərbaycan Ordusunda yüksək texnologiyalara əsaslanan müasir hərbi vasitələrdən istifadə edildiyini deməyə əsas verir.
Ceyhun ABASOV
QARABAĞ bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Biznesdə Süni İntellekt Dövrü
iPhone 18 üçün pis xəbər
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
