AZ

Azəriqaz-ın smart kartlarını almaqda çətinlik çəkirdiniz? – ÇIXIŞ YOLU

20f2855a927f2b2a5c59f6096ff85bfd.jpg
04.09.2019 19:21

“Azəriqaz” İstehsalat Birliyi smart kart tipli sayğac kartlarının verilməsi prosesində yaranan növbələrin qarşısını almaq üçün əlavə işçilər ayırıb.

 

“Azəriqaz”dan TED.az-a verilən məlumata görə, bu gün 2 saylı “ASAN Kommunal” mərkəzində smart kart tipli sayğac kartlarının verilməsi prosesində növbələr yaranıb. Bunu nəzərə alaraq, istehsalat birliyi sabahdan Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında (Volkswagen Bakı Mərkəzinin yanı) müştəri xidmətlərinin göstərilməsi üçün əlavə işçilər ayırıb. Onlar həftənin 7 günü fəaliyyət göstərəcəklər. Bundan başqa, Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində iş əvvəlki qaydada davam etdiriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox