AZ

Renault 2020-ci ildə yeni kompakt krossover təqdim edəcək

ac020173d06bfc532b95d9aa44c13f55.jpg
05.09.2019 09:04

 

Fransanın Renault brendi 2020-ci ildə kompakt krossoverin yeni modelini təqdim etmək niyyətindədir.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu model NVS kod işarəsi altında təklif olunur. Həmçinin istehsalçıların avtomobil üçün CMF-A+ platformasını tətbiq edəcəkləri fərziyyə edilir. Krossoverin uzunluğu 4 metrdən bir qədər azdır. Bazarda əsas rəqiblər hazırda məşhur Suzuki Vitara Brezza, Hyundai Venue modelləri olacaq.

 

Ekspertlər hesab edirlər ki, fransız krossoverinin rəsmi satışı 2021-ci ildə reallaşacaq. Yeniliyin kapotu altında 1 litrlik turbinləşdirilmiş mühərrik yerləşdirəcək, lakin onun təfərrüatları hələlik açıqlanmır. Bununla yanaşı, alıcılar mexaniki və ya avtomatik transmissiya ilə olan modifikasiyanı seçə biləcəklər.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox