METAL CANLI-lar üçün mini-beyin yaradıldı – İxtira kosmosa göndərilən hörümçəkşəkilli robota quraşdırıldı
Alimlər beyin dalğalarını yaymağı bacaran kiçikölçülü beyin yaradıblar.
TED.az xəbər verir ki, amerikalı alimlər mini beynin neyron aktivliyini sürətləndirmək məqsədilə, onu kosmosa göndərdikləri hörümçəkşəkilli robota quraşdırıblar.
Mütəxəssislər xüsusi funksiyaları yerinə yetirə bilən çox kiçik hüceyrə quruluşlu beyni orqanoid adlandırırlar. O, ribosomlara, xromosomlara, mitoxondlara və hüceyrənin digər vacib hissələrinə malikdir.
Kaliforniya Universiteti Laboratoriyasında çalışan mütəxəssislər insan dərisinin hüceyrələrini gövdə hüceyrələrinə çevirməyə, daha sonra, onun əsasında orqanoidin insan embrionunun beyin hüceyrələri kimi inkişaf etməsinə nail olublar.
Aparılan bu tədqiqatlar alimlərə insan beyninin inkişafının daha erkən mərhələlərindən başlayaraq dəqiqliklə öyrənməyə imkan verir.
Hazırda kosmosda olan orqanoidlərin hər biri aparılan manipulyasiyalardan sonra özündə müxtəlif quruluşda olan minlərlə çox kiçikölçülü kürəciklər formasını alıblar.
Bu beyinlərin hər biri öz növbəsində, insan beynindəki hüceyrələr kimi kimyəvi və elektrik siqnalları ötürür.
NASA mütəxəssisləri bu orqanoidlərin çəkisizlik şəraitində necə inkişaf edə biləcəyini müşahidə etmək məqsədilə, onları kiçik qidalandırıcı bulyon paketləri ilə birlikdə metal qutuların içərisinə qoyaraq Beynəlxalq Kosmik Stansiyaya məxsus gəmidə kosmosa göndəriblər.
Mütəxəssislər hesab edirlər ki, bu mərhələdə orqanoidlərin sayı inanılmaz dərəcədə çox sürətlə artır.
Ən maraqlı məqam ondan ibarətdir ki, alimlər orqanoidlərdən gələn sadə beyin dalğalarını qeydə ala biliblər. Beyin dalğaları sinir fəaliyyətinin ən mürəkkəb modelləridir. Onlar yetkin insanın beynində neyronların sinxron şəbəkələri tərəfindən yaradılır. Konkret beyin modelləri biz yuxu gördüyümüz zaman və ya xatirələrə daldığımızda meydana çıxırlar.
Tədqiqatın aparıcı müəllifi doktor Prisçilla Muotri və həmkarları orqanoidlərdə daha mürəkkəb neyron şəbəkələrini inkişaf etdirmək məqsədilə, müxtəlif stimulyasiya üsullarından istifadə edirlər.
Apardıqları bir təcrübədə orqanoidləri hörümçəkşəkilli kiçik robota yerləşdiriblər. Həmin robot kompüterin köməyilə orqanoidə ötürülən elektrik aktivliyinin nəticəsində ayaqlarını hərəkət etdirməyə başlayıb.
Alimlər hələ ki, aparılan təcrübələrin mini-beyinlərin gələcək inkişafına təsir edib-etməyəcəyi barədə məlumat verə bilmirlər.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











