Data Analitika və Excel proqramına maraq göstərənlərin nəzərinə: Azərbaycan dilində kitab çap olundu – Müəllif TED.az-a danışdı
Azərbaycanda ilk dəfə ana dilində “Data Analitika: Ms Excel&Ms Power BI” adlı kitab çap edilib.
TED.az xəbər verir ki, kitabın müəllifi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, “Ict applying training center”də təlimçi kimi fəaliyyət göstərən Elçin Tarverdiyevdir.
Kitab çapı ilə bağlı TED.az-ın suallarını cavablandıran müəllif bildirdi ki, doğma dilimizdə Excel&Power BI ilə bağlı məlumat qıtlığı var. Yeni çap olunan vəsait həmin qıtlığı az da olsa aradan götürmək üçün hazırlanıb: ““Data Analitika: Ms Excel&Ms Power BI” kitabın məzmunu Microsoft-un analitik tool-lar vasitəsilə datanı necə analiz etmək olar sualına cavab verir. Bu tool-lar, yəni datanın analizi üçün tələb olunan vasitələr Pivot table, Power Query, Power Pivot, Power BI, DAX (Data Analysis Expressions) tool-larıdır. Kitabın ilk səhifələrində data məlumatların analizi Ms Excel proqramının mühitində izah edilir. Eyni zamanda, Pivot table, Power Query, Power Pivot proqramları təsvir olunur. Kitabın növbəti hissəsində isə Power BI desktop platformasından söhbət açılır. Orada Vizuallaşdırma prosesi nədir?, DAX istifadə olunaraq data necə analiz edilir?, İnteraktiv dashboard-lar necə qurulur və necə publish edilir? kimi sualların cavabları mövcuddur”.
Elçin Tarverdiyev qeyd edib ki, Power BI data analizi üçün lazım olan zəngin xüsusiyyətlərə malikdir: “Power BI data analizi ilə bir-birindən müstəqil məlumat qaynaqlarından (Excel faylları, web, məlumat bazaları, qovluqlar və s.) mütəmadi məlumatlar çəkmək, həmin məlumatları təmizləyib hesabat üçün uyğun vəziyyətə gətirmək, hazırlanan hesabatları vizuallaşdırmaq və yekunda hesabatları buluda qaldırıb digər insanlarla paylaşmaq mümkündür. Microsoft şirkətinin ən son təqdim etdiyi Biznes İntellekt aləti olan Power BI istənilən mənbədən olan datanı asan və tez şəkildə əldə edərək operativ, baxımlı və dinamik hesabatları hazırlamaq gücünə malikdir. Data məlumatların analizi üçün lazım olan başqa bir vasitə sayılan Power Pivot isə data analitikası sahəsində Microsoft-un yaratdığı və hər kəsin öz evində istifadə edə biləcəyi ən ciddi platformadır”.
Müəllif onu da vurğulayıb ki, böyük məlumat bazası Access/SQL/Azure kimi databazalarla işləyən və mütəmadi menecment reportlar hazırlayan intensiv Excel istifadəçiləri Power Pivot mövzusunu öyrənməlidirlər: “Bu kitab əsasən rəhbərlik üçün hesabat hazırlayanlar, böyük data məlumatlarla işləyən mütəxəssislər, gündəlik Excel-dən istifadə edənlər, analitik işlə məşğul olan mütəxəssislər, data analizinə marağı olanlar, vizuallaşdırma sənətinə yiyələnmək istəyən auditoriya üçün nəzərdə tutulub”.
Qeyd edək ki, kitabı “Ict applying training center” təlim mərkəzindən əldə etmək mümkündür.
Fatimə ZÜLFİQAR
QARABAĞ bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD









