Kinoteatra getmənizə gərək qalmadı – Zaqatala gənclərindən qeyri-adi startap
“Startapımız Şəki-Zaqatala bölgəsində yaşayan gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün nəzərdə tutulub. Layihəmiz müasir səyyar kinoteatr xidmətini göstərəcək. Gənclərimiz ənənəvi şəkildə kinoteatra biletlər alıb, film seansına getməyəcəklər. Kinoteatrlar səyyar şəkildə onların yaşadığı məkana gələcək”, – bunu TED.az-a müsahibəsində Səyyar kinoteatr layihəsinin müəllifi, gənc startapçı Əli Əhmədzadə bildirib.
Əli Əhmədzadə qeyd edib ki, Səyyar kinoteatr çərçivəsində nümayiş olunacaq filmlər açıq havada keçiriləcək: “Film nümayişləri hava durumundan aslı olaraq, əsasən, rayon parklarında olacaq. Biletlərin satışı isə onlayn şəkildə aparılacaq. Bilet satışları, film fraqmanları və afişaları üçün xüsusi platforma yaradılacaq”.
Startapçı həm tələbələr üçün ekranlaşdırılan, həm də dünyaca məşhur filmləri nümayiş etdirəcəklərini vurğulayıb: “Sevilən retro kinolarımıza da xüsusi yer ayırmağı düşünürük. İnanırıq ki, Səyyar kinoteatr layihəsi ilə arzu etdiyimiz kimi xalqımıza xidmət edə biləcəyik”.
Ə.Əhmədzadə bu layihə ilə I2B – İdeyadan Biznesə layihəsi çərçivəsində keçirilən “İnnocamp” innovasiya yay düşərgəsinə qatıldığını da əlavə etdi: “Zaqatala rayonunu təmsil edərək, Səyyar kinoteatr lahiyəmizlə innovasiya yay düşərgəsinə qatıldıq. Düşərgə çərçivəsində təlimlərə qoşulduq, peşakar insanlardan startapımızla bağlı dəyərli məsləhətlər aldıq”.
Fatimə Zülfiqar
Startaplar bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












