AZ

Nicat Hacızadə: Azərbaycan dövlət xidmətlərində innovativ həlləri tətbiq edən ilk Cənubi Qafqaz ölkəsidir

09.09.2019 11:27

“Son illər Azərbaycanın iqtisadi siyasətində elmə, innovativ və süni intelektə əsaslanan yeniliklər tətbiq olunur. Təbii ki, bütün bunlar təsadüfi deyil. Qlobal iqtisadi sistemdə baş verən transformasiyalar innovativ həllərin tətbiqini zəruri edir”.

 

Bunu TED.az-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə deyib. O bildirib ki, dövlət-özəl sektor mühitində dialoqun çevik, sürətli qurulması iqtisadi artımı daha da stimullaşdırır: “Azərbaycan dövlət xidmətlərində innovativ həlləri tətbiq edən ilk Cənubi Qafqaz ölkəsidir. Ölkəmizdə xarici ticarət prosedurlarının daha asan tətbiq edilməsi məqsədilə bir sıra yeniliklər tətbiq edilib. Dünya Bankının “Doing Business” hesabatında dərin islahat tədbiri kimi qeyd edilən “Vahid ixrac ərizəsi” “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin tətbiq etdiyi innovativ layihədir”.

 

 

N.Hacızadə qeyd edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən qurumlar ixrac prosedurlarının daha rahat həyata keçirilməsi istiqamətində sahibkarlıq subyektlərinə dəstək göstərir: “İxracatçıların əldə edəcəyi sənədlərin “bir pəncərə” prinsipi əsasında hazırlanaraq təqdim olunması ixrac üçün sərf olunacaq zaman və maddiyyatın daha da azaldılmasına səbəb olur. Bu, ixracatçıların xarici bazarlara çıxışı üçün əlavə motivasiya və stimul yaradır. Nəticədə ölkəmizin ixrac potensialı daha da artır”.

 

Ceyhun ABASOV

Ekspertlər bölməsindən digər xəbərlər

Daha çox