AZ

Xəstə baxıcıları üçün onlayn platforma – STARTAPÇI İSMAYIL NƏZƏRLİ PALLİATİV+ LAYİHƏSİNİ TƏKLİF EDİR

5d663c2963a52d652b45c6c1feba08b8.jpg
10.09.2019 11:22

“Palliativ+ layihəsinin məqsədi ölkəmizdə palliativ qulluq edə biləcək mütəxəssisləri veb-platformada toplayaraq xidmət yaratmaqdır. Palliativ qulluq xüsusi qayğıya ehtiyacı olan insanlara, əsasən özünə qulluq etməkdə çətinlik çəkən yaşlılara və xroniki xəstəlikdən əziyyət çəkən xəstələrə, əqli və psixi pozuntusu olan şəxslərə edilən tibbi xidmətdir”, - bunu TED.az-a müsahibəsində gənc startapçı İsmayıl Nəzərli deyib.

 

İsmayıl Nəzərli bildirib ki, ölkəmizdə hər il on minlərlə insanın palliativ qulluq xidmətinə ehtiyacı olur: “Özü və yaxın qohumu üçün mütəxəssis axtaran şəxslər saytımıza daxil olaraq həkim, orta tibb işçisi və baxıcı seçə biləcək. Komandamızda case manager vəzifəsini icra edəcək şəxslər hər zaman müştəri ilə daim münasibətdə olaraq onların problemləri ilə maraqlanacaq və mütəxəssislərin fəaliyyətinə nəzarət edəcək. Layihəmiz biznes yönümlü layihədir və ölkəmizdə işsizliyin sayını azaldacağına əminəm”.

 

 

Qonşum onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun üçün bir baxıcı tapmağımı xahiş etmişdilər. Baxmayaraq ki, mən tibb sahəsində çalışıram təcrübəli baxıcı tapmaqda çətinlik çəkdim. Ondan sonra bu problem barədə düşündüm. Niyə də bu cür mütəxəssisləri veb platformadan tapmayaq? Ölkədə belə baxıcılar əsasən tanışlıqla tapılır və tanışlıqla tapdığımız mütəxəssisin bilik bacarıqları barədə o qədər də məlumatlı olmuruq. Amma bizim saytımız vasitəsilə bu xidməti axtaranlar saytda olan mütəxəssisin bilik bacarığı barədə məlumat əldə edə biləcək. Həmçinin müştərilərin onlar barədə yazılan rəyləri oxuma imkanları da olacaq”, - deyə İ.Nəzərli qeyd edib.

 

Zeynəb ƏKBƏR

Startaplar bölməsindən digər xəbərlər

Daha çox