Xəstə baxıcıları üçün onlayn platforma – STARTAPÇI İSMAYIL NƏZƏRLİ PALLİATİV+ LAYİHƏSİNİ TƏKLİF EDİR
“Palliativ+ layihəsinin məqsədi ölkəmizdə palliativ qulluq edə biləcək mütəxəssisləri veb-platformada toplayaraq xidmət yaratmaqdır. Palliativ qulluq xüsusi qayğıya ehtiyacı olan insanlara, əsasən özünə qulluq etməkdə çətinlik çəkən yaşlılara və xroniki xəstəlikdən əziyyət çəkən xəstələrə, əqli və psixi pozuntusu olan şəxslərə edilən tibbi xidmətdir”, - bunu TED.az-a müsahibəsində gənc startapçı İsmayıl Nəzərli deyib.
İsmayıl Nəzərli bildirib ki, ölkəmizdə hər il on minlərlə insanın palliativ qulluq xidmətinə ehtiyacı olur: “Özü və yaxın qohumu üçün mütəxəssis axtaran şəxslər saytımıza daxil olaraq həkim, orta tibb işçisi və baxıcı seçə biləcək. Komandamızda case manager vəzifəsini icra edəcək şəxslər hər zaman müştəri ilə daim münasibətdə olaraq onların problemləri ilə maraqlanacaq və mütəxəssislərin fəaliyyətinə nəzarət edəcək. Layihəmiz biznes yönümlü layihədir və ölkəmizdə işsizliyin sayını azaldacağına əminəm”.
“Qonşum onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun üçün bir baxıcı tapmağımı xahiş etmişdilər. Baxmayaraq ki, mən tibb sahəsində çalışıram təcrübəli baxıcı tapmaqda çətinlik çəkdim. Ondan sonra bu problem barədə düşündüm. Niyə də bu cür mütəxəssisləri veb platformadan tapmayaq? Ölkədə belə baxıcılar əsasən tanışlıqla tapılır və tanışlıqla tapdığımız mütəxəssisin bilik bacarıqları barədə o qədər də məlumatlı olmuruq. Amma bizim saytımız vasitəsilə bu xidməti axtaranlar saytda olan mütəxəssisin bilik bacarığı barədə məlumat əldə edə biləcək. Həmçinin müştərilərin onlar barədə yazılan rəyləri oxuma imkanları da olacaq”, - deyə İ.Nəzərli qeyd edib.
Zeynəb ƏKBƏR
Startaplar bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












