Türk həkim xərçəngin müalicəsində yeni üsul kəşf etdi
Almaniyanın Köln şəhərində yaşayan türk həkim Yadigar Gənc tədqiqat qrupu ilə birlikdə xərçəng xəstəliyinə qarşı immunoterapiya üsulu ilə yeni bir müalicə texnikası kəşf edib.
TED.az Türkiyə mətbuatına instinadla xəbər verir ki, Immun-Onkologisches mərkəzindəki (IOZK) tədqiqat qrupu daxilində fəaliyyət göstərən Yadigar Gənc fərdə istiqamətlənmiş müalicə üsulu ilə xərçənglə mübarizədə müvəffəqiyyət nisbətini əhəmiyyətli dərəcədə artırdıqlarını bildirib.
Y.Gənc Avropa dərmanların keyfiyyətinə nəzarət şöbəsinin icazə verdiyi üsulla xərçəngin müalicəsində xəstəyə xüsusi terapiya tətbiq etdiklərini söyləyib: “Xəstənin öz qanından istehsal etdiyimiz "mübarizə hüceyrələri"ni laboratoriya şəraitində həssas hala gətirib onlara müəyyən xərçəng proteinləri yüklədik. Eyni zamanda onkolitik viruslardan istifadə edərək hüceyrəni xəstəyə peyvənd şəklində vurduq”.
Həkim-onkoloq bildirib ki, bu üsul hədəf istiqamətli və az əks təsirli olduğu üçün son zamanlar xərçəng xəstəliklərinin müalicəsində effektivliyi ilə seçilir, nüfuzlu həkimlər tərəfindən qəbul edilir.
Y.Gənc xəstəliyin erkən diaqnozu zamanı yeni müalicə metodunun nəticələrinin daha uğurlu olduğunu vurğulayıb.
Immun-Onkologisches mərkəzinin rəhbəri doktor Uilfred Stüker isə xəstənin immun sisteminin güclü olmasının xərçəng müalicəsində çox əhəmiyyətli olduğunu söyləyib. O, müalicənin effektivliyinin immunitetin gücü ilə müsbət korrelyasiya təşkil etdiyini qeyd edib.
Elm bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












