AZ

I2b – İdeyadan Biznesə müsabiqəsinin final günü açıqlandı

10.09.2019 12:18

I2b – İdeyadan Biznesə müsabiqəsinin final günü məlum olub.

 

TED.az xəbər verir ki, final mərhələsi oktyabrın 23-də Heydər Əliyev Mərkəzində keçiriləcək.  

 

Qeyd edək ki, layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Microsoft və Azercell şirkətləri tərəfindən həyata keçirilir.

 

Məlumat üçün bildirək ki, I2b – İdeyadan Biznesə startap turlarının növbəti mərhələsinə fevral ayının 21-dən start verilib.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox