AZ

Bakıdan 30, Sumqayıtdan isə 20 nəfər AREA-nın dərsdənkənar dərnəkləri üçün qeydiyyatdan keçib – AÇIQLAMA

56995918947cf484408cdf588f0da46c.jpg
10.09.2019 15:52

“Proqramlarımız ödənişlidir. Hər bir proqramın ödənişi isə fərqlidir. Qiymətlər əsasən 60-110 manat arasında dəyişir. AREA 4 yaşdan 25 yaşadək gənclər üçün Praktiki Mühəndislik və Liderlik proqramları təklif edir. Məsələn, 4-7 yaş-IDEAS və RoboMonte, 8-13 yaş Yapon  Mühəndisliyi, 8-12 yaş MƏN PILOTAM, 8-19 yaş Dünya Robot Olimpiadasına hazırlıqlar və 16 yaş və yuxarı kateqoriyalılar üçün AREA duino proqramlarımız mövcuddur”, - bunu TED.az-a AREA – Azərbaycan Robot Mühəndisliyi Akademiyasının rəhbəri Rəhman Rəsulzadə deyib.

 

 

Akademiyadan verilən məlumata görə, hazırda Bakıdan 30, Sumqayıtdan isə 20 nəfər dərsdənkənar dərnəklər üçün qeydiyyatdan keçib: “Qeydiyyat prosesi davam edir. Bu rəqəmlər hər həftə dəyişir”.

 

Qeyd edək ki, sentyabrın 7-dən etibarən AREA-nın dərnəklərində dərslər başlayıb

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox