Mastercard ən çox ziyarət olunan şəhərlərin siyahısını açıqladı
Mastercard şirkəti dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi (Global Destinations Cities Index) adlı hesabatını dərc edib. TED.az xəbər verir ki, hesabata əsasən, dünya üzrə gecələmə şərti ilə səyahət edənlərin sayı 2009-cu illə müqayisədə 2018-ci ildə 79% artıb. Ən çox turist axını isə Asiya-Sakit Okean regionunadır.
Global Destination Cities Index 200 şəhəri xarici turistlərin sayı və onların xərclədiyi vəsaitlərin məbləği üzrə sıralayır. Banqkok ardıcıl olaraq dördüncü ildir ki, turistlərin ən çox üz tutduğu şəhərlərin siyahısına liderlik edir. 2018-ci ildə Taylandın paytaxtını 22,78 milyon turist ziyarət edib. 2019-cu ildə bu göstəricinin 3,34% artacağı proqnozlaşdırılır.
Paris və London müvafiq olaraq ikinci və üçüncü pillələri tutublar. Hər iki şəhəri ötən il 19 milyondan çox insan ziyarət edib.
Ən çox ziyarət olunan şəhərlərin siyahısında bütün şəhərlər üzrə turistlərin artımı müşahidə olunur. Bununla yanaşı, London onların arasında turist sayının ildən-ilə azaldığı yeganə şəhərdir. Böyük Britaniya paytaxtına turizm axınında hər il orta hesabla 4% azalma qeydə alınıb.
Turistlərin ən çox pul xərclədiyi şəhərlər siyahısına isə Dubay liderlik edir. 2018-ci ildə bu şəhərdə gecələmə şərti ilə qalan turistlər 30,83 milyard dollar, yaxud hər biri orta hesabla 553 dollar xərcləyiblər. Səudiyyə Ərəbistanın Məkkə şəhəri 20,09 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Banqkok bu siyahıda üçüncü yerlə kifayətlənir - 20,03 milyard dollar.
Hesabata görə turist axını ən çox Asiya-Sakit Okean regionuna olub. Bu region üzrə artım 10 ildə 9,4%-ə bərabərdir. Avropaya turist axını 5,5% təşkil edir ki, bu da qitəni ən çox ziyarət olunanlar siyahısında ikinci edir.
Mastercard qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir.
Dünya bölməsindən digər xəbərlər
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



