Bu sistem Azərbaycanda SOC 2 və SOC 3 rəylərini alan ilk və yeganə elektron platformadır
Güzəştli mənzil elektron sisteminin təkmilləşdirilmə işləri davam etdirilir.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyindən TED.az-a verilən məlumata əsasən, nüfuzlu beynəlxalq audit şirkəti Ernst & Young"(EY) Güzəştli mənzil sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edib və öz müsbət “SOC 3” rəyini təqdim edib.
Xatırladaq ki, elektron hökumət portalı üzərindən Güzəştli mənzil sistemi vasitəsilə 12 və 14 iyul 2019-cu il tarixlərində həyata keçirilmiş onlayn mənzil seçimi prosesi başa çatıb.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəyə verilmiş Güzəştli mənzil sistemi Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir.
Bu, sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı Güzəştli mənzil sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.
Bununla yanaşı, “Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu”nun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması kimi tələblərinə uyğun olaraq “Güzəştli mənzil” sistemindən istifadə zamanı vətəndaşların rahatlığını təmin etmək məqsədilə müvafiq təkmilləşdirilmə işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müntəzəm olaraq davam etdirilir.
Qeyd edək ki, sadalanan tələblərdən biri də mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodunun daxil edilməsi ilə bağlıdır. Güzəştli mənzil sistemində tətbiq edilən bu yenilik mənzil seçimi zamanı şəffaflığın təmin olunması, bərabər şəraitin yaradılması prinsipinin qorunub saxlanılmasına imkan verəcəyi, eyni zamanda sistemin təhlükəsizliyini daha da möhkəmləndirəcəyi bildirilir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












