AZ

900 at gücü olan yeni supergüclü Mercedes-Benz nümayiş olundu – 1 milyon manat

ee4bfa06c50316d5261e01cb25d01694.jpg
11.09.2019 09:30

Məşhur Brabus tuning atelyesi Mercedes-Benz G-Class yolsuzluğunun yenidən işlənmiş modifikasiyasını təqdim edib. Model yenilənməni nəzərə alaraq G V12 900 one of Ten adını alıb.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, unikal avtomobilin rəsmi premyerası artıq dünən Frankfurt avtosərgisi çərçivəsində keçirilib. Bundan başqa, yolsuzluq avtomobilinə olan xüsusi marağa səbəb onun 10 nüsxə məhdud tirajla təklif olunmasıdır. G V12 900 one of Ten-in təxmini qiyməti 605 min avro təşkil edəcək.

 

Yeniliyin kapotunun altında 6,3 litrlik turbinləşdirilmiş mühərrik 900 at gücünə malikdir, halbuki əvvəlcə model 620 at gücü olan aqreqata malik idi. Artıq ekspertlər göstərilən modeli "ən güclü yolsuzluq avtomobili" kimi adlandırırlar. Belə parametrləri nəzərə alsaq, sürətin saatda 100 km-ə qədər artırılması, təxminən, 3,8 saniyə təşkil edəcək.

 

 

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox