AMEA-nın elmi şuralarının veb-saytları yaradılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüş keçirilib.
AMEA-dan TED.az-a verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademiyada uzun illər fəaliyyət göstərən elmi şuraların əsas məqsədi elmin inkişafı ilə bağlı qəbul edilən qərarların icrasını həyata keçirmək, yeni, yüksəkixtisaslı kadrlar hazırlamaq, prioritet elmi istiqamətləri formalaşdırmaqdan ibarət olub.
Alimin sözlərinə görə, hazırda elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi və onların işinin müasir səviyyədə təşkilini nəzərdə tutan elmi şuraların yeni fəaliyyət planlarının hazırlanmasına dair işlər davam etdirilir.
A.Əlizadə ötən il Nazirlər Kabinetinin qərarı ilə yaradılan Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qarşısında duran əsas vəzifələri xatırladıb. Bu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə elmi istiqamətlər üzrə elmi şuralar yaradıldığını və onların sədrlərinin təyin edildiyini nəzərə çatdırıb. Alim bundan sonra elmi şuraların 40-a yaxın yeni elmi istiqamətdə fəaliyyət göstərəcəyini deyərək, bu istiqamətlər üzrə daha səmərəli nəticələrin əldə edilməsi məqsədilə elmi şuralara müəyyən tapşırıqlar verib.
AMEA rəhbəri elmi mövzuların, aktual elmi problemlərin müvafiq istiqamətdə fəaliyyət göstərən elmi şuralarda müzakirə olunmasının vacibliyini qeyd edib: “Hər bir mövzu seçilərkən onun yeniliyinə, aktuallığına və elmi əhəmiyyətinə diqqət yetirilməlidir. Bu məsələdə məsul şəxslər fəal olmalı, yeni təkliflər verməli, hər bir elmi işə məsuliyyətlə yanaşmalıdırlar”.
Alim Azərbaycan elminin dünya elminin tələblərinə cavab verməsi üçün aktual, prioritet istiqamətlərdə araşdırmaların aparılmasının vacibliyini vurğulayıb, elmi şuralarda bu məsələ ilə bağlı geniş müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu deyib.
A.Əlizadə onu da əlavə edib ki, hazırda AMEA-nın iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən elmi müəssisələrin akkreditasiyası haqqında əsasnamənin layihəsi hazırlanır.
Daha sonra akademiklər İradə Hüseynova, Əhliman Əmiraslanov, Kamal Abdullayev, Rafael Hüseynov, Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Bilal Bilalov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Akif Musayev və Nuru Bayramov çıxış ediblər.
İclasda dissertasiya mövzularından ibarət elektron məlumat bazasının hazırlanması, şuraların veb-saytlarının yaradılması və onların istismarının təmin edilməsi, respublikanın elmi tədqiqat və ali təhsil müəssisələrində elmi tədqiqatların əlaqələndirilməsi, elmi tədqiqatlarda təkrarçılığın aradan qaldırılması kimi məsələlər müzakirə olunub. Həmçinin elmi şuraların tərkibinin formalaşdırılması, onların nümunəvi əsasnamə layihəsinin təsdiq edilməsi və gələcək fəaliyyətinin təşkilinə dair fikir mübadiləsi aparılıb.
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








