Yüksək bal toplayan əkiz qardaşlar mühəndislik ixtisasını seçdilər
2019/2020-ci tədris ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında I qrup üzrə yüksək bal toplayan Rəşad (679.3 bal) və Rəşid Azadlı (663 bal) qardaşları Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblər.
BANM-dan TED.az-a verilən məlumata görə, neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə, valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar ixtisasları üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.
Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevirlər. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də eyni qrupda təhsil alacaqlar.
Hər iki qardaş Bakı şəhəri 147 saylı Texniki Humanitar liseyin məzunudurlar.
Rəşad Azadlı 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə yüksək nəticə göstərən abituriyentlərdən biri kimi Prezident təqaüdünə layiq görülüb.
Qeyd edək ki, yeni tədris ilində, ümumilikdə, 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.
Elm bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











