AZ

Bu dəfə göydən 3 alma düşdü: iPhone 11, 11 Pro və Pro Max – VİDEO

d98ba4d8508a067652a9efcf2d641854.jpg
11.09.2019 11:49

iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max təqdim olundu – xüsusiyyətləri və qiyməti

 

Apple şirkəti San-Fransiskoda iPhone 11, iPhone 11 Pro və Pro Max modellərinin təqdimatını keçirib.

 

TED.az xəbər verir ki, iPhone 11 xarici görünüşünə görə iPhone XR modelini xatırladır.

 

Yeni modelin İPhone XR-dən fərqi çoxkameralı olmasındadır. İPhone 11 modeli 2 arxa kamera (1 əsas, 1 köməkçi), 11 Pro və Pro Max modelləri isə 3 arxa kamera (1 əsas, 2 köməkçi) ilə təchiz olunub. Bütün kameralar 12 meqapiksel çəkiliş gücünə malikdir. Yeni iPhone modellərinin kameralarına xüsusi gecə rejimi funksiyası da əlavə edilib.

 

Ev heyvanları üçün yeni portret rejimi və High Key Mono effektinə malik iPhone 11 modelləri saniyədə 60 kadrlıq 4K video çəkə bilir.

 

Bu smartfonların 12 Mp çəkiliş gücünə malik ön kameraları ilə yavaş rejimdə də video çəkilişi etmək mümkündür. Həmçinin yeni arxa kameralardan biri 120 dərəcə ultra geniş çəkiliş bucağına malikdir.

 

İPhone 11-də A13 Bionic prosessoru var. Suya davamlı yeni modellərin mobil telefon bazarında fərqləndirən əsas xüsusiyyəti yeni funksiyalı kameralarıdır.

 

İPhone 11 modelləri İOS 13 əməliyyat sistemi ilə işləyir.

 

Yeni modellər müvafiq ardıcıllığa uyğun olaraq 699, 999 və 1099 dollardan satışa çıxarılacaq.

 

Ceyhun ABASOV

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox