AZ

Məktəblərdə robotexnika tədris olunacaq – NAZİR

b69fe1db3f6bad1826b4e3558e63f5c6.jpg
11.09.2019 12:17

“2019-cu tədris ilindən etibarən ilkin olaraq 6 min şagirdi əhatə edən STEM Azərbaycan məktəblərində tətbiq olunacaq. Bu istiqamətdə dünyanın aparıcı təhsil sistemlərinin təcrübəsi əsasında hazırlıq işləri həyata keçirilib. Yay ayları ərzində müvafiq təlimlər reallaşıb. Tədris edəcək müəllimlər seçilərək onlara məzmun təqdim edilib. Sentyabr ayından başlayaraq və ilkin olaraq, 6 min şagirdi əhatə edəcək Robotexnika və 3D dizayn istiqamətləri üzrə təbiət elmləri, riyaziyyat, texnologiya və bir sıra fənlərin interaktiv tədrisinə başlanılacaq”.

 

TED.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Respublika Konfransında çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

 

Nazir qeyd edib ki, bu tədbirlərlə yanaşı, xarici tərəfdaşlarla da əlaqələr davam etdirilir: “Əsas hədəflərimizdən biri orta məktəblərdə növbəti ildən etibarən aviamühəndislik, kibertəhlükəsizlik və nanotexnologiyalar istiqaməti üzrə tədrisi təşkil etməkdir. İlkin olaraq bu tədrislərə 20 min şagirdin cəlb edilməsi planlaşdırılır”.

 

Zeynəb ƏKBƏR

Elm bölməsindən digər xəbərlər

Daha çox