AZ

Datanın tətbiq sahələrində karyera qurmaq istəyənlər üçün fürsət

10660725e8bac1c74ac341160c388c38.jpg
11.09.2019 12:26

Sentyabrın 14-də Data SoCool “Datanın tətbiq sahələrində karyera” adlı seminar keçirəcək.

 

TED.az xəbər verir ki, İnnovasiyalar Agentliyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə keçirilən seminarda spesifik mövzular, “Datanın tətbiqində dünya və Azərbaycan”, “Machine Learning”, “Deep Learning”, “Artificial İntelligence”, “Data üzrə karyera imkanları və tələb olunan bacarıqlar” və s. müzakirə olunacaq.

 

Məlumat üçün bildirək ki, Data SoCool data analitikası təlimləri və data məhsulları sahəsində ixtisaslaşan, ətrafında peşəkarları birləşdirən platformadır. Tədbir İnnovasiyalar Agentliyində olacaq.

 

Seminarda iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox