AZ

Heyvandarlıqda innovativ yanaşma metodları müzakirə olunacaq

9206af52f53e389d5d76e517791ba55f.png
11.09.2019 15:25

Sentyabrın 18-də Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Yemləmədə innovativ yanaşma” mövzusunda elmi-praktiki seminar keçiriləcək.

 

İnstitutdan TED.az-a verilən məlumata görə, seminarda yem istehsalının hazırkı vəziyyəti, mövcud problemlər və həll yolları müzakirə olunacaq. Həmçinin bu sahəyə innovativ yanaşma metodları, beynəlxalq təcrübənin tətbiqi və digər mövzular mütəxəssislər tərəfindən müzakirə olunacaq. Seminarda müxtəlif elmi-tədqiqat institutlarının, bu sahə ilə məşğul olan şirkətlərin, eləcə də sahibkarların və fermerlərin iştirakı nəzərdə tutulub.

 

Seminarda iştirak etmək istəyən hər kəs dəvətlidir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox